Oğuz rayonunda qaz xəttinə dəyən avtomobil 580 abonenti qazsız qoyub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Opel” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaz xəttinə çırpılıb və nəticədə qaz xəttinə ciddi ziyan dəyib.
Hadisə zamanı Padar və Yemişənli kəndlərində 580 abonentə mavi yanacağın verilişi dayandırılıb.
Mübariz Muradov

