AZ

MY hansı oyunçuları satacaq?

“Mançester Yunayted” hazırda müəyyən dərəcədə maliyyə çətinliyi yaşayır.

“Mirror” qəzetinin yaydığı xəbərə görə, bu səbəbdən klub yayda heyəti gücləndirmək üçün ilk növbədə bəzi oyunçularını satmalı olacaq. Rəhbərlik 6 futbolçu ilə vidalaşmağa qərar verib. Bu siyahıya Antoni, Ceydon Sanço, Markus Reşford, Tayrell Malasiya, Kazemiro və Kristian Eriksen daxildi.

Hazırda Reşford, Malasiya, Antoni və Sanço icarə əsasında başqa klublarda çıxış edirlər. MY onları mövsümün sonunda birdəfəlik satmağı planlaşdırır.

Seçilən
8
football-plus.az

1Mənbələr