AZ

İnnovasiyalar Mərkəzi tədbirlərinə 1 mln. manatdan çox xərcləyəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki İnnovasiyalar Mərkəzi tədbirlərinə 1 milyon manatdan çox vəsait ayırıb. 

Valyuta.Az bu barədə dövlət satn almaların avhid internet portalına istinadən xəbər verir.

Məlumata əsasən dəyəri 1 milyon manatdan çox olan tenderin qalibi "Admedia.az" MMC (VÖEN: 2002644161) olub. 

Tərəflər arasında 1.119.300,8 AZN dəyərində müqavilə imzalanıb. Müqaviləyə müxtəlif konfrans zallarının icarəsi, tərcümə xidmətləri, tədbirin TV kanallarında və xəbər saytlarında yayımlanmasının təşkili və s. xidmətlər daxildir.

Qeyd edək ki, "Admedia.az" Məhdud Məsuliyyətli Cəmiyyəti 21 may 2013-cü ildə dövlət qeydiyyatına alınıb. 1000 manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Məmmədov Emin Əjdər oğludur.

Rəhim

Seçilən
25
valyuta.az

1Mənbələr