AZ

MN-dəki mənimsəmə işi ilə bağlı xidmət rəisi olmuş şəxs 10 il azadlıqdan məhrum edildi

Bakı. Trend:

Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdəmaliyyə xidmətinin rəisi vəzifəsində işləmiş Elvin Cəfərovuncinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend xəbərverir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevinsədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 10 il müddətində azadlıqdanməhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrindəmaliyyə xidmətinin rəisi vəzifəsində işləmiş Elvin Cəfərova CinayətMəcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsiilə ittiham elan olunub.
Elvin Cəfərov MN-dəki mənimsəmə üzrəcinayət işində təqsirli bilinib. Onun cinayət işi ayrıca icraatagötürülüb. Onun tərəfindən dövlətə vurulmuş ziyan 2 milyon 200 minmanat hesablanıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatətiəsasında Elvin Cəfərov barəsində həbs qətimkan tədbiriseçilib.
Qeyd edək ki, Elvin Cəfərov ötən ilin dekabrında MüdafiəNazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəməprosesində şahid qismində dindirilib.

Seçilən
53
9
az.trend.az

10Mənbələr