Azərbaycan I Liqa təmsilçisi "Mingəçevir" heyətinə Fild Dişi Sahilindən olan futbolçu qatıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "şəhərlilər" Donald Angeni sıralarına cəlb ediblər.
20 yaşlı oyunçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Ange son olaraq Moldova I Liqasında çıxış edən “Saksan”da top qovub. Burada 14 oyunda 3 qol vuran hücumçu 2 məhsuldar ötürmə də edib.