17 yaşadək qadın futbolçulardan ibarət millimiz Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
B Liqasının 2-ci qrupunda yer alan millimiz Lüksemburq yığması ilə üz-üzə gəlib. Bayıl stadionunda təşkil olunan qarşılaşma qonaq komandanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qrupun digər oyununda Bolqarıstan yığması Malta seçməsi üzərində 5:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, U-17 millimiz qrupda ikinci oyununu martın 15-də, eyni arenada Bolqarıstan seçməsinə qarşı keçirəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta