Tərtərdə sürət və diqqətsizlik qəzaya səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, minik avtomobillərinin toqquşması nəticəsində Bərdə rayon sakini 24 yaşlı Yaqub İsbəndiyarov dünyasını dəyişib. Tərtər rayon sakini 22 yaşlı Emil Ağayev, Ağdam rayon sakinləri 30 yaşlı Cəsarət Abışov və 22 yaşlı Ümid Xıdırov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
TƏBİB-dən bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra 1 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər 2 nəfər isə Mingəçevir şəhərində yerləşən özəl tibb müəssisəsinə təxliyə edilib.
Qeyd edilib ki, hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı cinayət işi açılıb.
Astarada isə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Ojakəran kənd sakini 29 yaşlı Röyal Kazımzadə idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Astara rayonunun Ərçivan qəsəbə sakini 49 yaşlı Fuad Nuriyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qəzanı törətməkdə şübhəli bilinən Röyal Kazımzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.