AZ

Prezident İlham Əliyev DGK sədrinə yeni müavin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb

Dövlət Gömrük Komitəsinin sədrinə yeni müavin təyin edilib.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Fuad Elxan oğlu Məmmədov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub.

Qeyd edək ki, Fuad Elxanov bu təyinata kimi Dövlət Gömrük Komitəsinin Ümumdünya Gömrük Təşkilatında nümayəndəsi olub.

Seçilən
19
19
apa.az

10Mənbələr