AZ

Məğlubiyyət tanımayan Çimayev indiyədək qarşılaşdığı rəqiblərin hansını ən güclü sayır?

Məğlubiyyət tanımayan UFC döyüşçüsü Hamzat Çimayev karyerası ərzində üz-üzə gəldiyi ən güclü döyüşçünün adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, çeçen idmançının sözlərini "Red Corner MMA" belə çatdırıb:

"Fikrimcə, bu, Kamaru Usmandır. O, güləş fəndlərimə qarşı çox yaxşı müdafiə olunurdu. Güləşmək bacarığı çox yaxşıdır. Usman boynunu mənə vermirdi. Kamarunu beş dəqiqə ərzində boğucu fəndə salmağa çalışsam da, inamla müdafiə olundu".

Xatırladaq ki, Çimayevlə Usman arasında döyüş UFC 294 tunrirnin əsas qarşılaşması olub. 2023-cü ilin oktyabrında baş tutan qarşılaşma 3 raund davam edib və hakimlərin əksəriyyətinin qərarı ilə Hamzat qalib gəlib.

Nihat 

Seçilən
6
fanat.az

1Mənbələr