Serbiya Birləşmiş Millətlər Təşkilatında (BMT) Ukrayna ilə bağlı Rusiya əleyhinə qətnaməyə verdiyi səsi geri götürüb.
Serbiyanın xarici işlər naziri Marko Djuric NIN jurnalına müsahibəsində belə deyib.
"Serbiyanın BMT-dəki missiyası BMT Baş Assambleyasında Ukrayna qətnaməsi ilə bağlı səsvermədə dəyişiklik edib", - Djuric bildirib.
Serbiya prezidenti Aleksandar Vuçiç fevralın 25-də bildirib ki, ölkə nümayəndələri səhvən sənədin qəbuluna səs veriblər və baş verənlərdə günahını etiraf edərək vətəndaşlardan üzr istəyiblər.