AZ

İşaxtaran şəxsin adına maaş yazıldığı üzə çıxıb TƏFƏRRÜAT/VİDEO

Bakı sakini özünün xəbəri olmadan işə düzəlib, adına maaş yazılıb, əmək müqaviləsi bağlanıb. Əslində isə işsizdir, ailəsi və iki tələbə övladı ilə Buzovnada kirayə yaşayır. 

Xezerxeber.az-ın məlumatına görə, söhbət 42 yaşlı Günel Arazovadan gedir. Vətəndaş iddia edir ki, o, paytaxtdakı restoranların birində aşpaz işləyib. Bu ilin yanvarında işindən ayrılıb. Digər bir müəssisəyə işə düzəlmək ərəfəsində ona deyilib ki, qüvvədə olan əmək müqaviləsinə görə işlə təmin edilə bilməz. Çünki adına 150 manat maaş da təyin olunub. Amma o, nə işlədiyi müəssisəni tanıyır  nə də maaş alır.

Günel Arazova iddia edir ki, bu səbəbdən onu indi heç bir müəssisədə işə götürmürlər.

"Esma Food" şirkətinin təsisçisi olduğu iddia edilən Bəxtiyar Bayramovla telefon əlaqəsi saxladıq. Bəxtiyar Bayramov Günel Arazovanın sənədlərini müəssisəyə Tural adlı şəxsin qeydiyyata saldırdığını iddia etdi.

Adıçəkilən şəxslə də əlaqə saxladıq. Bildirdi ki, işlədikləri restoranın mühasibi onun bütün işçilərinin sənədlərini götürüb və onu axtarsalar da tapa bilmirlər.

Daxili İşlər Nazirliyindən sorğumuza cavab olaraq bildirldi ki, fakt Nizami rayon 24-cü polis bölməsində araşdırılır. Nəticə ilə bağlı vətəndaşa məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
18
xezerxeber.az

1Mənbələr