AZ

"Ölkəmizdə gənc nəslin savadlı vətəndaş kimi böyüməsi naminə çox ciddi addımlar atılır" - AÇIQLAMA

"Ölkəmizdə gənc nəslin savadlı vətəndaş kimi böyüməsi naminə çox ciddi addımlar atılır" - AÇIQLAMA"Azərbaycan gəncliyi hər bir böhranlı vəziyyətdə və çətin situatsiyalarda hər zaman ləyaqətlə ölkə maraqlarını müdafiə ediblər. 44 günlük Vətən Müharibəsində gördük ki, gənclik, Ali Baş Komandanın əmri ilə vətən torpağının bütövlüyü uğurundan canından keçməyə hazır olduğunu növbəti dəfə nümayiş etdirdi. Hər bir dövlətin bütövlüyü, həm də vətəndaş həmrəyliyinin ən üst səviyyəsindən asıldır. Bu gün Azərbaycanda vətəndaş həmrəyliyi kulminasiya vəziyyətindədir".

Bunu Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.

O, açıqlamasında qeyd edib ki, gənclərin müxtəlif təşəbbüslərinə dövlət tərəfindən dəstək göstərilməsi də gənc nəslin tərbiyəsində mühüm rol oynayır:

"Ölkəmizdə gənc nəslin düzgün tərbiyəsi, eyni zamanda savadlı vətəndaş kimi böyüməsi naminə çox ciddi addımlar atılır. Təbii ki, bu addımlar fonunda da Azərbaycanda gənc nəslin düzgün tərbiyəsi və gəncliyin tam sağlam vəziyyətdə yetişməsində Azərbaycan örnəyinin müstəsna əhəmiyyəti olduğunu düşünürəm. Hər bir halda bu gün həm məktəblərimizdə aparılan maarifləndirmə kompanyaları, eyni zamanda açıq etiraf etmək lazımdır ki, mediamızın bu maarifçi kompanyalarda aktiv şəkildə iştrak etməsi, gənc nəslin təlim-tərbiyəsi ilə bağlı məsələlərdə mövzuların tez-tez işlənməsi buna dair bir xeyli tədbirlərin, startap layihələrin dəyərləndirilməsi, gənclərin müxtəlif təşəbbüslərinə dövlət tərəfindən dəstək göstərilməsi də gənc nəslin tərbiyəsində mühüm rol oynayır. Hər bir halda bu gün qlobal imperiyalizmin əsas hədəfilərindən biri gənclik və onun təfəkkürü olur. Amma Azərbaycanda formalaşmış ortam və eyni zamanda gəncliyin mühafizəkar ruhu ölkəmizin milli identlikliyinə qarşı olan hücumların qarışısında öz müsbət rolunu oynayır".

Seçilən
10
sonxeber.az

1Mənbələr