"Mançester Yunayted"in oyunçusu 2 klubun "radarı"na düşüb.
Offsideplus.az xəbər verir ki, Dioqo Dalot ilə La Liqa və Bundesliqadan komandalar maraqlanır. Bu barədə "Team Talk" məlumat yayıb.
"Real Madrid" və "Bayern" futbolçunu yay "transfer pəncərəsi"ndə heyətinə cəlb etməyi planlaşdırır.
Qeyd edək ki, portuqaliyalı oyunçu 2024/25 mövsümündə "qırmızı şeytanlar"ın forması ilə 43 oyuna çıxıb və 1 qola, 3 məhsuldar ötürməyə imza atıb.