Ukrayna işğal olunan əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq.
Publika.az xəbər verir ki, bunu brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Bu, Ukrayna üçün danışıqlarda “qırmızı xətt”dir", - o bildirib.
Zelenski əlavə edib: “Mən prezident kimi konstitusiyamızı pozmayacağam, əksinə xalqımızı və torpağımızı müdafiə edərək suverenliyimizi və müstəqilliyimizi müdafiə edəcəyəm”.