AZ

"Atletiko"nun futbolçusuna 5 oyunluq cəza verildi

"Atletiko"nun futbolçusu Anxel Korreaya ağır cəza verilib.

Sportal.az xəbər verir ki, İspaniya Futbol Federasiyasının İntizam Komitəsi argentinalı vingeri 5 oyunluq cəzalandırıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Korreanın cəzalandırılmasının səbəbi La Liqanın 27-ci turunun "Xetafe" ilə matçındakı davranışı olub. 30 yaşlı futbolçu 88-ci dəqiqədə ona qırmızı vərəqə göstərən baş hakim Kuadra Fernandesi təhqir edib.

saytlarin hazirlanmasi

Seçilən
16
1
sportal.az

2Mənbələr