Naxçıvan şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.
Heftelik.az-ın məlumatına görə, bununla bağlı Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev əmr imzalayıb.
Əmrə əsasən, Məmmədov İmran Qərib oğlu Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.