AZ

Müşfiq Abbasov bahalı iftar süfrələrini TƏNQİD ETDİ

Yazıçı Müşfiq Abbasov sosial şəbəkə hesabında Ramazan ayında bəzi insanların iftar süfrələrindəki dəbdəbəyə və israfa diqqət çəkib. 

News24.az xəbər verir ki, o, paylaşımında bahalı restoranlarda təşkil olunan iftar yeməklərinin əsas mahiyyətə zidd olduğunu vurğulayıb:

"Bahalı yeməklər, steyklər, kilosu yüz manatdan baha olan xurmalar, ləziz çərəzlər, tapılmayan ikralar... Maraqlısı odur ki, bütün haram yeyənlər indi oruc tutur. Özü də hamısı bir-birinin bəhsinə. Evimizin altında 'ETÇİ UMUT' restoranı yerləşir. Bu günlərdə qarşısında saysız-hesabsız bahalı maşınlar dayanır. Allahı tanımayanlar oruc adı ilə guya günahlarını yuyurlar. 4 nəfərlik iftarın hesabı 1500 manatdan yuxarıdır. Halbuki 1500 manatla yüz ac adamı doydurmaq olar.Tanrı bu dəbdəbəni görürsə, vallah gələcəkdə oruc tutmağı haram buyuracaq"  – deyə, yazıçı qeyd edib.


Aqil Qarayev

Seçilən
6
1
news24.az

2Mənbələr