AZ

Dünya çempionunun onurğası sındı

Snoubord üzrə dünya çempionu, avstraliyalı Belli Brokxoff Gürcüstanda keçirilən Dünya Kuboku zamanı ağır xəsarət alıb.

Fanat.Az "ABC Australia"ya istinadən xəbər verir ki, onurğası sınan 32 yaşlı idmançı Yunanıstanda xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.

Avstraliyanın Qış Olimpiya İnstitutunun baş icraçı direktoru Jeff Lipşut idmançının sağalması üçün əllərindən gələni etdiklərini bildirib.

Qeyd edək ki, Brokxoff 2021-ci ildə dünya çempionu olub.

Seçilən
19
fanat.az

1Mənbələr