Türkiyənin İstanbul şəhərində çökən binanın altından tarixi məzar daşı tapılıb.
"Cebheinfo.az" “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Fatih səmtində olub.
Belə ki, 4 mərtəbəli binanın arxa hissəsindəki bağçanın divarı naməlum səbəbdən uçub. Bina sakinləri səs-küydən sonra qorxu içində evlərini tərk edərək vəziyyəti bələdiyyə qruplarına çatdırıblar.
Hadisə yerinə gələn bələdiyyə qrupları 1232-ci ilə aid olduğu güman edilən məzar daşını qismən çökmüş divarın dağıntıları arasında tapıb.
Ətraflı araşdırma üçün məzar daşı olduğu yerdən götürülüb./“Qafqazinfo”
"Cebheinfo.az"