AZ

Mbappe "Atletiko"ya qarşı oynaya biləcək?

"Real Madrid"in hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko" ilə cavab oyunu öncəsi tibbi müayinədən keçib.

90deqiqe.Az-ın "Lequipe"ə istinadən verdiyi xəbərə görə, fransız futbolçu oyunda iştirak edə biləcək.

Kilian Mbappe “Atletiko” ilə oyunda start heyətində meydana çıxacaq.

Müayinəyə Mbappenin İspaniya La Liqasının 27-ci turunun “Rayo Valyekano” ilə oyununda (2:1) aldığı zərbə səbəb olub. Futbolçu zədədən yayınmağı bacarıb.

Mbappe yay transfer pəncərəsində azad agent kimi Fransanın PSJ klubundan "Real Madrid"ə keçib. Hazırda forvard "ağ-qaralar"ın heyətində bütün yarışlarda 41 matçda 28 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
13
90deqiqe.az

1Mənbələr