AZ

Qrenlandiyadakı seçkilərdə Demokratlar partiyası qalib gəldi

ABŞ Prezidenti Donald Trampın nəzarəti ələ keçirmək istədiyi Qrenlandiyada keçirilən parlament seçkilərində Demokratlar partiyası qalib gəlib. Metbuat.az xəbər verir ki, müstəqillik müzakirələrinin davam etdiyi Qrenlandiyada keçirilən parlament seçkilərində müxalifət partiyası “Demokraatit” 29,9 faiz səslə parlamentdə çoxluq qazanıb. Danimarkadan ayrılaraq müstəqil olmaq barədə kampaniya yürüdən “Naleraq” partiyası 24,5 faiz səs toplayıb. Qrenlandiyanın baş naziri Mute Bourup Egedenin rəhbərlik etdiyi Xalq İcması partiyası təxminən 21 faiz səs toplayıb.

Qeyd edək ki, Danimarkanın muxtar bölgəsi olan Qrenlandiyada bütün tərəfləri adanın müstəqil olması ilə razılaşsalar da, bunun hansı tarixdə olması ilə bağlı fərqli fikirlər səsləndirirlər. Müstəqillik çağırışları onilliklərdir adanın gündəmində olub.

Seçilən
25
metbuat.az

1Mənbələr