AZ

Kürdəmirdə kişi qatarın altında qalaraq öldü

Bakı. Trend:

Bu gün saat 19:00 radələrində Kürdəmir rayonu Qarabucaq kəndiyaxınlığında qəflətən bir nəfər kişi Bakı-Ağstafa istiqamətindəhərəkət edən sürətli sərnişin qatarının qarşısına çıxıb.

Bu barədə Trend-ə ADY-dən bildirilib.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə azolduğundan hadisə qaçılmaz olub, həmin şəxs aldığı xəsarətdəndünyasını dəyişib.

ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir dahainsanlara çağırış edərək onları dəmiryol xətlərini yalnız müəyyənedilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskəatacaq hərəkətlərdən çəkinməyə çağırır.

Seçilən
9
21
az.trend.az

10Mənbələr