AZ

"Heç vaxt əsas heyətdə çıxmadığıma görə məyus olmamışam"

style='margin-bottom:10px;'>

"Barselona"nın futbolçusu Qavi daimi olaraq əsas heyətdə yer almamasına münasibətini bildirib. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. İspaniyalı yarımmüdafiəçi deyib: 

"Mən heç vaxt əsas heyətdə çıxmadığıma görə məyus olmamışam. İnsanlar çox şey uydururlar, amma bunlar yalandır. Mən burada 5 illik müqavilə imzaladım və buna uyğun hərəkət edəcəyəm. Çünki bu, həyatımın klubudur. Səbirliyəm və baş məşqçi mənə çox güvənir". 

Qeyd edək ki, Qavi bu mövsüm "Barselona"nın 25 oyuna çıxaraq 2 qol vurub və 3 qolun ötürməsini edib. 

Seçilən
6
1
teleqraf.com

2Mənbələr