"Kanada hakimiyyəti martın 13-dən etibarən 29.8 milyard Kanada dolları (20.6 milyard ABŞ dolları - red.) məbləğində ABŞ idxalına əlavə tariflər tətbiq edəcək".
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu Kanadanın maliyyə naziri Dominik Leblan deyib.
Onun sözlərinə görə, ABŞ-dən idxala 25 faiz həcmində əlavə rüsumlar tətbiq olunacaq: "Bu tədbirlər polad və alüminium məhsullarına, eləcə də bəzi idman və digər mallara şamil ediləcək".
Xatırladaq ki, ABŞ martın 12-dən etibarən Kanadadan ABŞ-yə polad və alüminium tədarükünə 25 faiz miqdarında rüsum tətbiq edəcək.