AZ

Afrika qitəsi tektonik dəyişiklikləri yaşayır...

...Afrikada qurudakı dəyişikliklər yeni okeanın yaranmasına səbəb ola bilər.

SİA-nın məlumatına görə, Afrikada, Efiopiya, Eritreya və Cibuti bölgəsində qitəni gözlənildiyindən daha sürətlə bölən çat əmələ gəlir.

Deməli, Yerin üç hissəsi arasında çat əmələ gəlib: Nubiya, Somali və Ərəbistan.

Qırmızı dəniz və Ədən körfəzindən gələn vulkanlar və su çatların daha da böyüməsinə səbəb olur.

“Pravda.Ru” yazır ki, əvvəllər 8-10 milyon ildən sonra yeni okeanın yaranacağı güman edilirdisə, indi onlar bunun daha tez baş verə biləcəyinə inanırlar.

Bu, Afrikanın adaya çevrilməsinə, həmçinin yeni dəniz yollarının və unikal təbiətin yaranmasına səbəb ola bilər. Alimlər bu prosesi araşdırmaqda davam edirlər.

Nazlı Almuradova

Seçilən
19
sia.az

1Mənbələr