AZ

Xamenei Trampı dünyanı çaşdırmaqda ittiham etdi

İranın ali rəhbəri Əli Xamenei ABŞ Prezidenti Donald Trampın ona danışıqlar üçün məktub yazmasına münasibət bildirib...

Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.

"Amerika prezidentinin İranla danışıqlara hazır olduğunu deməsi və danışıqlara çağırması dünyanın ictimai rəyini çaşdırmaqdır. Bununla onlar demək istəyirlər ki, biz danışıqlar aparırıq və sülh bağlamaq istəyirik, lakin İran buna hazır deyil", - deyə o bildirib.

Ali rəhbər əlavə edib: "İran niyə danışıqlara hazır deyil? Özünüzə gəlin! Neçə il oturub danışdıq, həmin şəxs imzalanmış danışıqları masanın üstündən cırıb atdı. Sizin əməl etmədiyinizi bildiyimiz halda nəyi müzakirə edək?"

Poliqon.info

Seçilən
0
2
poliqon.info

3Mənbələr