AZ

İnsan Haqları Müşahidə Qrupu: Suriyada 1383 mülki şəxs öldürülüb

Suriyada Əsəd rejiminin devrilməsindən sonra ən böyük qarşıdurma 6-10 mart tarixləri arasında baş verib. Editor.az xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Qrupu 4 gün ərzində qarşıdurmalar zamanı Latakiya və Tartusda əksəriyyəti ələvi olan ən azı 1383 mülki vətəndaşın həyatını itirdiyini bildirib.

Qrupun bəyanatındaa səsədlərin əksəriyyətinin kənd təsərrüfatı torpaqlarında və ya evlərdə tapıldığı bildirilsə də, son ölümlər sahilyanı Latakiya və Tartus əyalətləri ilə həmsərhəd olan Həmada baş verdiyi qeyd olunub.

Rəsmi məlumatlara görə, qarşıdurmalarda azı 231 təhlükəsizlik işçisi həlak olub. Rəsədxananın məlumatına görə 250 Əsəd tərəfdarı öldürülüb.

Suriya prezidenti Əhməd Şaraa Suriyadakı hadisələrə görə Əsəd tərəfdarı olan qrupları ittiham edib. Bununla belə, Şəra qisas məqsədilə törədilən qətllərin olduğunu da bildirərək, “belə qan tökənlərin cəzasız qalmasına imkan verməyəcəyik”, deyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr