ABŞ prezidenti Donald Tramp İrlandiyanın baş naziri Mixol Martinlə görüşü zamanı ABŞ-nin vitse-prezident Cey Di Vensin corablarına diqqət çəkib.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, görüş Amerika televiziya kanallarında yayımlanıb.
“Bu corabları bəyəndim. Diqqətimi cəmləməyə çalışdım, amma...", - deyən Tramp sözləri ilə hər kəsi güldürüb.
Vens görüş zamanı İrlandiyanın simvolu olan yonca dizaynlı corab geyinib.
QAZİLER.AZ