AZ

Trampın xüsusi nümayəndəsi bu tarixdə Moskvaya gedir

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

 

Sfera.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolina Livitt bildirib.

 

"Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rusları bu danışıqların bir hissəsi olmağa çağırmaq üçün bu həftə Moskvaya səfər edəcək”, - Livitt söyləyib.

 

Qeyd edək ki, 11 martda Ciddədə keçirilən görüşdə Ukrayna ABŞ-ın 30 günlük dərhal atəşkəs təklifini qəbul edib. Təklif Rusiya tərəfinə təqdim ediləcək.

Seçilən
28
1
sfera.az

7Mənbələr