AZ

Kurskda 430 ukraynalı hərbçi əsir götürüldü

Kursk vilayətində 430-a yaxın ukraynalı hərbçi əsir götürülüb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimov deyib.

“Ukrayna hərbçiləri növbəti müqavimətin mənasız olduğunu görərək fəal şəkildə təslim olmağa başlayıblar. 430 hərbçi əsir götürülüb”, - Gerasimov bildirib.

Qeyd edək ki, bu gün Ukrayna ordusunun Kursk vilayətinin Suca şəhərini tərk etdiyi ilə bağlı məlumat yayılıb.

Seçilən
13
2
axar.az

3Mənbələr