AZ

Monika Belluççinin qızı sevgilisi ilə çimərlikdə poza verdi

Monika Belluççinin qızı, model Deva Kassel sevgilisi Saul Nanni ilə çimərlikdə bikinidə fotosessiyaya çəkilib.

Redaktor.az xəbər verir ki, o, şəkilləri instaqramda paylaşıb.

20 yaşlı Deva Kassel kiçik tünd qırmızı bikinidə poza verib. O, kamera qarşısına keçərək kokos içib və günəş vannası qəbul edib. O, sevgilisi ilə də qucaqlaşıb öpüşərək pozalar verib.

Qeyd edək ki, cütlüyün romantikası ilə bağlı şayiələr 2023-cü ilin oktyabrında ortaya çıxıb. Daha sonra Sol Nanni sosial şəbəkələrdə modellə birgə fotosunu yayımlayıb. Daha sonra Monika Belluççi və Vinsent Kasselin qızı dedi-qoduları təsdiqləyib. O, sevgilisi ilə fotolarını yayımlayıb və bunun doğru olduğunu yazıb.

Deva Cassel modellik karyerasını fəal şəkildə inkişaf etdirir. Ulduz "Dior", "Dolce & Gabbana" və "Jacquemus" kimi dünya moda evlərinin şoularında iştirak edib. Bundan başqa, Monika Belluççi və Vinsent Kasselin qızı italyan rejissor Laura Luçettinin “Gözəl yay” filmində rol alıb.

Turan İSMAYIL

Seçilən
10
redaktor.az

1Mənbələr