Bir qrup yük maşını sürücüləri aylardır işlədikləri şirkətdən əməkhaqlarını ala bilmədiklərini iddia edirlər. Onlar bildirirlər ki, yük avtomobilləri ilə müxtəlif ərazilərdən toplanan metalları Bakıya daşıyırlar. Gətirdikləri yükləri isə hələ boşaltmayıb və yol kənarında gözləyirlər. Sifarişçi isə ''İnvestaz'' MMC adlı şirkətdir.
Avtosfer.az-ın məlumatına görə, sürücülər bildirirlər ki, aylardır həmin şirkət onların ödənişlərini etmir. Bu səbəbdən 10-dan artıq yük avtomobili metalla tam yüklü şəkildə Bakının cənub girəcəyində gözləyir. Sürücülər əməkhaqlarının verilməsini istəyirlər.
Bildirilir ki, hər reys üçün şirkət onlara 850 manat ödəniş etməlidir. Ancaq şirkət tərəfindən onların ödənişləri edilmir.
Məsələ ilə bağlı ''İnvestaz'' MMC ilə əlaqə saxladıq. Şirkətin mühasibi Zaur adlı şəxs bildirdi ki, həmin sürüclərin əməkhaqları bu həftənin sonuna qədər tam şəkildə ödəniləcək.
Daha ətraflı videomaterialda.