Türkiyəli müğənni Tarkan Ramazan bayramında Bakıda konsert verəcək.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Bakıdakı konsertindən 54 milyon lirə (təxminən 2 milyon 510 min manat) gəlir əldə edəcək.
Məlumata görə, sənətçi iki saat səhənədə qalacaq. Tarkanın konsert üçün rəqs dərsləri aldığı qeyd edilib.