AZ

Putin hərbi formada müharibə bölgəsinə getdi - VİDEO

Rusiya prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin regiona hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib. Putin Kursk qruplaşmasının komanda məntəqələrindən birində müşavirə keçirib.

Milli.Az xəbər verir ki, hərbi geyimdə olan Putin ordunun Baş Qərargah rəisi Valeri Gerasimovun məruzəsini dinləyib.

Gerasimov Putinə Kursk vilayətinin Sudja şəhərini azad edilməsi üçün həyata keçirilən Potok əməliyyatı barədə məlumat verib. Gerasimov ona ərazinin 86%-nin azad edildiyini bildirib.

Putin hərbçilərin qarşısına Kursk vilayətində düşməni ən qısa müddətdə məğlub etmək vəzifəsi qoyub. O, həmçinin Rusiya-Ukrayna sərhədində təhlükəsizlik zonasının yaradılmasına xüsusi fikir verilməsini əmr edib.

Putin qeyd edib ki, Rusiya Kursk vilayətində əsir düşən Ukrayna əsgərlərinə terrorçu kimi yanaşacaq. O, həmçinin xatırladıb ki, əcnəbi muzdlular Cenevrə Konvensiyasına daxil deyillər.

Gerasimov həmçinin Putinə məlumat verib ki, Kursk vilayətində 430 Ukrayna əsgəri əsir götürülüb, Rusiya Silahlı Qüvvələrinin 600-dən çox hərbçisi Sudjada boru kəmərindən keçmə əməliyyatında iştirak edib. Əməliyyatda "Veteranlar", "Axmat", 11-ci briqada və 30-cu alay xüsusi fərqlənib.

Milli.Az

Seçilən
12
1
milli.az

3Mənbələr