AZ

Oğuzda minik avtomobili qaz xəttinə çırpılıb

Oğuz, 13 mart, AZƏRTAC

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuzun Kərimli kəndi ərazisindən keçən hissəsində qəza baş verib.

AZƏRTAC-ın bölgə müxbiri Şəki-Zaqatala Regional Qaz İstismar İdarəsinə istinadla bildirir ki, "Opel" markalı avtomobilin idarəetmədən çıxması nəticəsində yol kənarındakı qaz xəttinə çırpılıb və onu zədələyib. Hadisədən sonra rayonun Padar və Yemişənli kəndlərində 600-ə yaxın abonentə mavi yanacağın verilişi dayandırılıb.

Qaz xəttinin bərpası məqsədilə hadisə yerinə mütəxəssislər cəlb olunub. Abonentlərə mavi yanacağın verilməsi istiqamətində iş aparılır.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
25
2
azertag.az

3Mənbələr