"Barselona"nın futbolçusu Qavi daimi olaraq əsas heyətdə yer almamasına münasibətini bildirib.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. İspaniyalı yarımmüdafiəçi deyib:
"Mən heç vaxt əsas heyətdə meydana çıxmadığıma görə məyus olmamışam. İnsanlar çox şey uydururlar, amma bunlar yalandır. Mən burada 5 illik müqavilə imzaladım və buna uyğun hərəkət edəcəyəm. Çünki bu, həyatımın klubudur. Səbirliyəm və baş məşqçi mənə çox güvənir".
Qeyd edək ki, Qavi bu mövsüm "Barselona"da 25 oyuna çıxaraq 2 qol vurub və 3 qolun ötürməsini edib.