Biz hər dəfə vurğulayırıq ki, AB-yə tam üzv olmaq bizim strateji hədəfimizdir.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Polşa Baş naziri Donald Tuskla keçirilən mətbuat konfransında deyib.
“Biz tez-tez həmsöhbətlərimizlə AB ilə əməkdaşlığımızı qarşılıqlı fayda və hörmət əsasında inkişaf etdirmək istədiyimizi müzakirə edirik. AB-nin gücünün və nüfuzunun azalmsının qarşısını almaq... Əslində bunu tərsinə çevirmək istəsə, buna ancaq Türkiyənin tam üzvlüyü ilə nail ola bilər”, - Ərdoğan qeyd edib.