AZ

"Uzun söhbətdən sonra Mahirlə birlikdə belə qərar qəbul etdim"

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Mahir Emreli haqqında danışıb.

Sportinfo.az "Bild"ə istinadən xəbər verir ki, o, 27 yaşlı hücumçunun "Qroyter Fürt"lə qarşıdakı derbiyə hazırlaşdığını deyib.

Mütəxəssis Mahirə məhz bu səbəbdən “Preussen”lə son görüşdə (1:0) istirahət verdiyini bildirib:

"Uzun söhbətdən sonra Mahirlə birlikdə belə qərar qəbul etdim. Mən matçlar zamanı meydanda gücünün 100 faizini ortaya qoymağını istəyirəm.

"Qroyter Fürt"lə görüş də belə oyunlardan biri olacaq. Ona görə də Mahir artıq derbiyə hazırlaşıb.

Biz indi Mahirin məşqlərdəki performansını da izləməliyik. Amma mən optimistəm”.

Mahir Emreli komandasının son 7 oyunundan 5-də meydana çıxmayıb. O, bu görüşlərdən 3-də isə ümumiyyətlə, iştirak ərizəsində yer almayıb.

Martın 16-da keçiriləcək "Nürnberq" - "Qroyter Fürt" oyunu Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Emreli 2-ci Bundesliqada ilk qolunu mövsümün ilk yarısında məhz bu komandanın qapısına vurub.

Seçilən
19
sportinfo.az

1Mənbələr