AZ

Azərbaycanlı Gültəkin də Avropa çempionu oldu

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U23 Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, qadın güləşi üzrə son medalçılar müəyyənləşib.

Azərbaycan təmsilçilərindən Gültəkin Şirinova (57 kq) təsəlliverici görüşdə türkiyəli Əminə Çakmaka 7:5 hesabıyla qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rumıniyalı Georgiana Lirkayla bacarmayıb – 2:9.

Elnurə Məmmədova (53 kq) finalda rusiyalı Yekaterina Karpuşkinayla qarşılaşıb. Rəqibinə 3:0 hesabıyla qalib gələn Elnurə Avropa çempionu olub.

Ruzanna Məmmədova (65 kq) bürünc medal görüşündə ukraynalı Oleksandra Rıbaka 2:8 hesabıyla məğlub olub.

Ötən gün Azərbaycanın daha bir qadın güləşçisi Günay Qurbanova (59 kq) qızıl medal qazanmışdı.

Seçilən
29
sportinfo.az

1Mənbələr