Bakı. Trend:
"Neftçi"nin fubolçusu Edvin Kuç Monteneqro yığmasına dəvətalıb.
Trend xəbər verir ki, 31yaşlı yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsində forma geyinməkimkanı qazanıb.
Onun çıxış etdiyi komanda martın 22-də Cəbəllütariq, 25-də isəFarer adaları yığmaları ilə qarşılaşacaq.
Qeyd edək ki, Kuç Monteneqro millisində 11 oyunda meydana çıxıb,3 qol vurub.