AZ

Çempion vətəndaşlığını dəyişdi: Bu millidə oynayacaq

Məşhur italiyalı qapıçı Emil Audero İndoneziya vətəndaşlığını alıb.

Publika.az xəbər verir ki, o, bundan sonra sözügedən ölkənin millisində çıxış edə biləcək. Bu barədə RRI məlumat yayıb.

İndoneziya pasportunun alınması proseduru Romadakı dövlət səfirliyində baş tutub. Auderonun atası indoneziyalıdır. Mataramda doğulsa da, lakin bir yaşında İtaliyaya köçüb.

Emil İtaliyanın müxtəlif yaş kateqoriyalarında gənclərdən ibarət komandalarında 35 oyun keçirib, lakin əsas yığmaya çağırılmayıb. O, “Yuventus”un yetirməsidir. O, ötən mövsüm İtaliya çempionu olduğu “İnter”lə yanaşı, “Sampdoriya”, “Venesiya”da da çıxış edib. 28 yaşlı qolkiper hazırda “Komo”ya məxsus olsa da, icarə əsasında “Palermo”da çıxış edir.

Seçilən
9
publika.az

1Mənbələr