AZ

ƏDV ilə bağlı pis xəbər – Buna görə ala bilməyəcəksiniz


Sosial şəbəkələrdə vaxtaşırı ƏDV qəbzləri ilə bağlı narazılıqlara rast gəlinir. Bildirilir ki, mağazalarda bəzi çeklər ya görünməz halda verilir, ya da vətəndaşlar QR və ya fiskal koddan istifadə edə bilmirlər. Bir neçə cəhdə baxmayaraq əməliyyat uğursuz olur. Bunu gözardı edənlər də var, mütəmadi olaraq qarşılaşdıqlarını deyib şikayətlənənlər də…

ƏDV qəbzlərində yaranan problem nə ilə bağlıdır?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, belə hallar insanların tələbkar olmamasından yaranır:

“Xarici ölkələrdə vəzifə borcunu yerinə yetirməyənlər işini itirməklə üz-üzə qala bilərlər. Vətəndaşlar da haqlarını sona qədər tələb etməkdə israrlı olurlar. Ona görə də inkişaf etmiş ölkələrdə bu cür vəziyyətə rast gəlmək mümkün deyil. Bu, bizdə də zamanla formalaşacaq. Ümumiyyətlə, mağazalarda kassirlər vətəndaşa ƏDV ilə bağlı məsələdə dəstək olmalıdırlar. Şəxs qəbzini unudub gedirsə, kassir yadına salmalıdır. Bir çox hallarda kassada oturan işçinin yaddan çıxan çekləri götürdüyünü də görmüşəm. Özümüzə çatanı tələb etmirik və belə problemlər yaranır”.

İqtisadçı Elçin Qurbanov bəzi hallarda “ƏDV geri al”dan şəxsi məqsədlər üçün istifadə edildiyini istisna etməyib:

“Nəzarət kassa aparatının çap qurğusunda problem varsa, QR və ya əməliyyat kodundan düzgün istifadə edilmirsə, o qəbzdən faydalanmaq mümkün olmur. Mağaza işçilərindən biri ard-arda “ƏDV geri al”dan yararlanırsa, bu, şübhəli əməliyyat kimi qeydiyyata alınır. Ona görə də “ƏDV geri al” həmin mağazada dondurulur. Beləliklə də, insanlar alış-veriş edəndə həmin ƏDV-ni geri ala bilmirlər”.


Seçilən
7
2
news24.az

3Mənbələr