AZ

Əgər Rusiya atəşkəsə razılaşsa... - Fransa

Təxminən 15 ölkə Ukraynaya təhlükəsizlik zəmanəti vermək istəyir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Fransa müdafiə naziri Sebastyan Lekornu çıxış edib.

“Biz Qara dənizdə təhlükəsizlik məsələlərini, Ukraynadakı atom elektrik stansiyalarını düşünməliyik. Biz bu öhdəliklərin bölüşdürülməsi barədə fikirləşməliyik”, – deyə o bildirib.

Lekornu əlavə edib ki, 15 gündən sonra bir sıra ölkələrin Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin görüşü keçiriləcək:

“Niyə 15 gün? Çünki əgər Rusiya atəşkəsə razılaşsa, biz 30 günü təhlükəsizlik sisteminin strukturunu hazırlamaq üçün istifadə edəcəyik”.

Seçilən
3
1
axar.az

2Mənbələr