15-ə yaxın ölkə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsində iştirak etməyə hazır olduğunu bildirib.
Bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu Almaniya, Polşa, İtaliya və Böyük Britaniyanın müdafiə nazirlikləri rəhbərlərinin Parisdə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əvvəllər bu ölkələrin nümayəndələri Ukrayna üçün hansı təhlükəsizlik təminatlarının ola biləcəyini müzakirə ediblər. “Baş qərargah rəisləri qısa və ya ortamüddətli perspektivdə siyasi liderlərə uzunmüddətli sülh və ya ən azı atəşkəs üçün təhlükəsizlik arxitekturasının nə ola biləcəyi ilə bağlı fərziyyələr hazırlamağa başladılar”, - RİA Novosti Lekornunun bəyanatından sitat gətirir.
O qeyd edib ki, hazırda “15-ə yaxın dövlət” bu prosesin davam etdirilməsində maraqlı olduğunu bildirib. Lekornu əlavə edib ki, “təhlükəsizliyin ilk qarantiyası” Ukrayna ordusunun özü olaraq qalır və buna görə də Kiyevə yardım və Rusiyanın dondurulmuş aktivlərindən istifadə məsələsi fəal müzakirə olunmağa davam edir.
Cavid