AZ

Dünyanın ən varlı futbolçusu: Ronaldo və Messini geridə qoydu

Dünyanın ən zəngin futbolçularının siyahısı açıqlanıb.

Publika.az xəbər verir ki, siyahını "Game Set&Match" portalı dərc edib.

Portalın hazırladığı siyahıya görə, planetin ən varlı futbolçusu Tailandın "Ratçaburi" klubunun yarımmüdafiəçisi Faiq Bolkiahdır. Ancaq Faiq bu sərvəti futboldan əldə etməyib. O, Bruneyin hakim Bolkiah sülaləsinin üzvüdür: atası Bruney şahzadəsi Cefri Bolkiah, əmisi isə Bruneyin sultanı Hassanal Bolkiahdır. Futbolçunun ailəsinin sərvəti 20 milyard dollar təşkil edir.

Siyahıda ikinci yerdə 884 milyon dollarlıq sərvətlə "Ən-Nəsr"in ulduzu Kriştiano Ronaldo gəlir. Onu "İnter Mayami"nin forvardı Lionel Messi izləyir - sərvəti 850 milyon dollardır. Devid Bekhemin sərvəti onlardan xeyli az olsa da (550 milyon dollar) dördüncü yerdə qərarlaşa bilib. İlk beşliyi 350 milyon dollarlıq sərvətlə Neymar tamamlayıb.

Seçilən
3
publika.az

1Mənbələr