AZ

Kurska gedən Putin generallara nələri tapşırıb? - VİDEO

Xəbər verdiyimiz kimi Rusiya prezidenti Vladimir Putin çərşənbə günü axşam ordu kamuflyajlı formada Kursk qrupunun komanda məntəqəsini ziyarət edib. Yerli medianın yaydığı məlumata görə, Kreml rəhbəri orada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun hesabatını dinləyib. Gerasimov Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində işğal etdiyi ərazinin 86%-dən çoxunun azad edilməsi barədə məlumat verib.

Qeyd edilib ki, bu, Ukrayna Silahlı Qüvvələrinin bölgəyə hücumundan sonra dövlət başçısının Kursk vilayətinə ilk səfəridir.

"Bizim vəzifəmiz yaxın gələcəkdə, ən qısa müddətdə Kursk vilayətinin ərazisinə soxulmuş və hələ də burada hərbi əməliyyatlar aparan düşməni nəhayət ki, məğlub etməkdir. Kursk vilayətinin ərazisini tamamilə azad etmək və dövlət sərhəd xətti boyunca əvvəlki vəziyyəti bərpa etmək əsas vəzifəmizdir", - Putin generallara tapşırıq verib. Prezident hərbi məmurlara dövlət sərhədi boyunca təhlükəsizlik zolağının yaradılması barədə də ətraflı düşünməyi tapşırıb.

Prezident ayrıca bəyan edib ki, Kursk vilayətində keçirilən əməliyyat zamanı rus qoşunları tərəfindən əsir götürülənlərə terrorçu kimi yanaşılmalıdır.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural

Seçilən
8
news365.az

1Mənbələr