
Buenos-Ayresdə 150 etirazçı saxlanılıb, 15-dən çox polis yaralanıb.
Reyting.az xəbər verir ki, bu barədə Argentinanın milli təhlükəsizlik naziri Patrisiya Bullriç “LN+” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Buenos-Ayresin mərkəzində keçirilən etiraz aksiyası zamanı polis 150 nəfəri saxlayıb və bu zaman 15 polis əməkdaşı yaralanıb. “Bu nümayişə gələnlərin əksəriyyəti azarkeşlər, radikal solçular, öldürməyə hazır olanlar idilər”.
ELÇİN