AZ

PUTİN TRAMPIN ÇAĞIRIŞINA UNİFORMA GEYİNMƏKLƏ CAVAB VERDİ: daha geniş savaş mesajı, yoxsa....? - VİDEO, FOTOLAR

ABŞ prezidenti Donald Tramp Ukraynanı 30 günlük atəşkəsəı razı saldıqdan sonra "İndi top Rusiyanın sahəsindədir. Ümid edirəm ki, atəşkəsə nail ola və bununla da savaşı bitirməyin 80 faizini həl etmiş olaraq" bəyanatının mürəkkəbi qurumamış Rusiya prezidenti Vladimir Putin uniformada Ukrayna hərbçilərini ilhaqında olan Kursk vilayətinə qəfil səfər etməklə, sanki "daha geniş savaşa hazıram", yaxud ərazi mübadiləsi məsələsinin gündəmdə olmayacağı mesajını vermiş olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Putinin orada - Kursk vilayətindəki hərbi əməliyyat mərkəzində iddialı çıxışı da təsdiqləyir.

Məlumata görə, ordu rəhbərliyinin bölgədəki vəziyyətlə bağlı məruzəsini dinləyən Putin onlara sərt şəkildə “Kursk düşməndən tamamilə azad edilməlidir” əmrini verib:

"Bizim vəzifəmiz Kursk vilayətində düşməni tez bir zamanda məğlub etməkdir. Kursk bölgəsi tamamilə azad edilməlidir və biz dövlət sərhədi boyunca təhlükəsizlik zonası yaratmaq barədə düşünməliyik".

Samir MUSAYEV

MİA.AZ

Seçilən
2
mia.az

1Mənbələr