AZ

Vəfat edən Xalq artistinin dəfn yeri MƏLUM OLDU

Ötən gün vəfat edən Xalq artisti Tamilla Şirəliyevanın dəfn yeri məlum olub.

Modern.az-ın məlumatına görə, mərhum balet ustası Qurd qapısı qəbiristanlığında dəfn ediləcək.

Mərhumla saat 10:30-də Təzə Pir məscidində vida mərasimi olacaq.

Tamill Şirəliyeva 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

O, 1970-ci ildə “Əməkdar artist”, 1978-ci ildə “Xalq artisti” fəxri adları ilə təltif olunub. 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2006-cı ildə isə "Şöhrət" ordeninə layiq görülüb.

Seçilən
13
modern.az

1Mənbələr