AZ

Rusiya ABŞ-Ukrayna danışıqları ilə bağlı tələblərini ortaya qoyur - TƏFƏRRÜATLAR

Rusiya ABŞ-yə Ukraynaya qarşı müharibəni dayandırmaq və Vaşinqtonla münasibətləri bərpa etmək üçün sazişin bağlanması tələblərinin siyahısını təqdim edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə “Reuters” öz mənbələrinə istinadən yazır.

Nəşrin mənbələrinə görə, Rusiya və Amerika rəsmiləri son üç həftə ərzində şəxsi və virtual söhbətlərində bu şərtləri müzakirə ediblər.

“Kremlin şərtləri geniş və əvvəllər Ukrayna, ABŞ və NATO-ya qarşı qoyduğu tələblərə bənzəyir", - “Reuters” yazır.

Əvvəllər bu şərtlər arasında Ukraynanın NATO-ya üzvlükdən imtinası, Ukrayna ərazisinə xarici qoşunların yerləşdirilməməsinə dair razılaşma və prezident Vladimir Putinin Krımın və Ukraynanın dörd bölgəsinin Rusiyaya aid olması barədə bəyanatının beynəlxalq səviyyədə tanınması daxil idi.

Məlumata görə, ABŞ prezidenti Donald Tramp indi Rusiya lideri Vladimir Putinin Ukrayna prezidenti Vladimir Zelenskinin 30 günlük atəşkəslə bağlı dediklərinə razı olub-olmayacağına cavab gözləyir.

Murad Məmmədli

Seçilən
0
bakivaxti.az

1Mənbələr